AUTO DOOR TRADER

Avtomatik turniket sistemləri

Avtomatik turniket sistemləri

Turniketlər, nəzarət (Access Control) sistemləri istehsal müəssisələrinin, inzibati binaların, şirkət ofislərinin, məktəblərin, universitet kampuslarının, stadionların, istirahət və fitness mərkəzlərinin, əyləncə parkları və zooparkların, ticarət mərkəzlərinin girişində piyadaların giriş və çıxışlarına nəzarət etmək üçün ən effektiv vasitələrdən sayılır. Belə ki, təhlükəsizlik baxımından, turniketin qolları əksər hallarda sadəcə bir istiqamətdə fırlanaraq, əks istiqamətdəki girişlərin qarşısını alır. Bundan başqa, turniketlərə inteqrasiya olunmuş kartlı, barmaq izli və ya üz oxuyuculu keçid nəzarət (Access Control) sistemləri vasitəsilə giriş-çıxışa dair hesabatlar əldə etmək mümkündür. Bu özəllik xüsusilə ofislər, fabriklər üçün çox əlverişli sayılır. Belə ki, məhz bu özəllik sayəsində, işçilərin giriş-çıxış saatları və ya davamiyyəti asanlıqla müəyyənləşdirilir.